Əsas səhifəQəzaBinəqədi rayonunda "Tofaş" beton dirəyə çırpıldı, iki gənc xəsarət aldı
PAYLAŞ

Binəqədi rayonunda "Tofaş" beton dirəyə çırpıldı, iki gənc xəsarət aldı

Qəza 05 Aprel 2021 10:27 1539
Dünən Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Hərəkətdə olan "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton dirəyə çatdırılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər - 1995-ci il təvəllüdlü Bayramlı Ümid Məciəddin oğlu və 1997-ci il təvəllüdlü Abdullazadə Şəhriyar Teyyub oğlu xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı Ü.Bayramlıya qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Ş.Abdullazadəyə isə sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020