Əsas səhifəMaraqlıYeni "Mercedes-Benz Sprinter" hazırlanıb
PAYLAŞ

Yeni "Mercedes-Benz Sprinter" hazırlanıb

Maraqlı 05 Aprel 2021 15:06 761
Polşada fəaliyyət göstərən Kegger kuzov atelyesi Formula 1 avtomobillərindən ilham alaraq hazırladığı qeyri-adi evakuatoru təqdim edib.


Layihənin əsasını keçən il 25-illik yubileyini qeyd edən Mercedes-Benz Sprinter təşkil edib. Bu hadisənin şərəfinə polşalılar Sprinter Petronas Edition adlanan və qiyməti 125.000 avro təşkil edən 25 ədəd evakuator yığacaqlar. Brutal evakuatorun kuzovu Mercedes-AMG Petronas F1 komandasının avtomobillərinin rənglərinə boyanıb. Evakuator firuzəyi haşiyələri olan qara və gümüşü rəngli livreyaya sahib olub. Transformasiya zamanı Sprinter genişlənmiş hava girişləri olan başqa ön bamperə, yan ətəklərə, tünd radiator barmaqlığına və qara 18-düymlük yüngül lehimli təkər disklərinə sahib olub. Kuzovun üzərində AMG loqotiplərinin olmasına baxmayaraq, adı çəkilən bölmə avtomobilin yaradılmasında iştirak etməyib.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020