Report-un xəbərinə görə, hadisə yolun Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, yolda hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Rəylər