ABŞ-ın “Tesla” şirkəti bu ilin birinci rübündə 184 mindən çox elektromobil satıb
. Bildirilir ki, 2021-ci ilin ilk üç ayında “Tesla” kompaniyasının ümumi tədarük həcmi 184 min 800 elektromobildən ibarət olub. Onların böyük əksəriyyətini (182 280) daha kompakt “Model 3” və “Model Y” modelləri təşkil edib. Müqayisə üçün deyək ki, ötən ilin müvafiq dövründə şirkət 88 min 400 elektromobil satıb. Xəbəri “Autoua.net” verib.
Rəylər