Əsas səhifəNəqliyyatXaricdən maşın almaq istəyənlərin nəzərinə: Bahalaşma var
PAYLAŞ

Xaricdən maşın almaq istəyənlərin nəzərinə: Bahalaşma var

Nəqliyyat 06 Aprel 2021 10:32 1074
Xarici ölkələrin auksionlarından alınan avtomobillərin qiyməti bahalaşıb.


Ötən ilə nisbətən bu il qiymət 30 faizə qədər artıb. Xezerxeber.az-ın məlumatına görə, qəzalı və az xərc tələb edən belə avtomobili ucuz qiymətə alıb ölkəyə gətirmək yerli bazardan alınan avtomobillərin qiyməti ilə müqayisədə 10-30 faiz arası pula qənaət etməyə imkan verirdi. Hazırda isə xaricdən avtomobil sifariş etmək yerli bazara nisbətən sərfəli olsa da, qiymət ötən illə müqayisədə bahadır. Mütəxəssislər bahalaşmanın səbəbini eyni avtombillərə tələbatın artması əlaqələndirirlər. Avtomobil almaq istəyənlər mühərrik həcmi az və ölkədə populyar olan markalara üstünlük verir. Amerika, Cənubi Koreya və Almaniya bazarlarından avtomobillərin ölkəyə gətirilməsi işi ilə məşğul olan Nicat Əhmədov deyir ki, auksionda olan iştirakçıların sayına baxdıqda açıq- aşkar tələbatın hansı avtomobilə daha çox olduğunu bilmək mümkündür. Tələb və təklifə əsasən auksionda formalaşan qiymət də yüksək olur. Bəzi limanların pandmiya səbəbindən bağlanması daşıma xərclərinə də təsir edib. Limanlardan asılı olaraq 200 dollara qədər bahalaşma müşahidə edilir. Mütəxəssislər bahalaşmanın pandemiyanın sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020