+994507882020
info@avtoyol.az
Əsas səhifəMaraqlıİki supersedanı bazara çıxmamış hərracda satdılar
PAYLAŞ

İki supersedanı bazara çıxmamış hərracda satdılar

Maraqlı 06 Aprel 2021 21:37 43
Arizona ştatının Skotsdeyl şəhərində keçirilən "Barrett-Jackson" hərracında "Cadillac Blackwing" sedan tipli avtomobilinin CT4-V və CT5-V modelləri 430000 dollara satılıb.

Sonu 001 ilə bitən VİN nömrəli bu iki avtomobilin satışından əldə olunan vəsait onların bazar qiymətindən xeyli yuxarıdır. Belə ki, CT4-V Blackwing ABŞ-da 87775 dollara, CT5-V Blackwing isə 125980 dollara bazara təqdim olunur. Məsələ bundadır ki, "bahasına" satılan bu sedanlardan əldə olunan vəsait "Black Ambition" xeyriyyə təşkilatına verilib. ​Yeni avtomobillərin alıcıları bonus qismində Nevada ştatında fərdi sürücülük kurslarına sertifikat, həmçinin bu yaxınlarda keçiriləcək IMSA avtomobil yarışı çempionatına biletlər əldə ediblər. Qeyd edək ki, CT4-V Blackwing və CT5-V Blackwing idman avtomobillərinin ilk 250 ədədinin hamısı fevralın 1-də onlayn sifarişlərin başlanmasından sonra cəmi bir neçə dəqiqə ərzində bronlanıb. Bu avtomobili əldə etmək istəyən, lakin bronlamağa imkan tapmamış CT4-V və CT5-V həvəskarları gözləmə cədvəlində qeydiyyata dura bilərlər. (Sputnik Azərbaycan)


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az