Əsas səhifəQəzaİki avtobus toqquşdu; 16 ölü, 13 yaralı
PAYLAŞ

İki avtobus toqquşdu; 16 ölü, 13 yaralı

Qəza 06 Aprel 2021 23:53 816
Meksikanın şimalındakı Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 13 sərnişin müxtəlif xəsarətlər alıb.


Bu barədə “El Universal” qəzeti öz saytında bildirib. Hadisə regionun şimal-qərbində olub. Turistlərin olduğu avtobusla dağ-mədən müəssisəsinin işçilərini daşıyan xidməti avtobus Kaborka və Sonoyota şəhərləri arasındakı yolda toqquşublar. Yol-nəqliyyat hadisəsinin səbəbləri haqqında məlumat verilmir. Ştat hakimiyyəti hadisənin başvermə şəraitini müəyyənləşdirməyə başlayıb. Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu bildirilib.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020