Meksikanın şimalındakı Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 13 sərnişin müxtəlif xəsarətlər alıb.
Bu barədə “El Universal” qəzeti öz saytında bildirib. Hadisə regionun şimal-qərbində olub. Turistlərin olduğu avtobusla dağ-mədən müəssisəsinin işçilərini daşıyan xidməti avtobus Kaborka və Sonoyota şəhərləri arasındakı yolda toqquşublar. Yol-nəqliyyat hadisəsinin səbəbləri haqqında məlumat verilmir. Ştat hakimiyyəti hadisənin başvermə şəraitini müəyyənləşdirməyə başlayıb. Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu bildirilib.
Rəylər