Yeni "Hummer" təqdim olunub
Nəqliyyat
07 Aprel 2021 17:24
913
General Motors konserni əfsanəvi Hummer modelini ikihəcmli kuzovu olan ənənəvi ofrouder kimi yenidən canlandırıb. Texniki və eksteryer cəhətdən GMC Hummer EV SUV, keçən ilin oktyabr ayında debüt etmiş eyni adlı pikapı təkrarlayır: hər iki Hummers nəhəng klirensi və elektrik güc qurğusuna sahib olan brutal ofrouderdir. General Motors hələlik Hummer EV ofrouderinin ölçülərini açıqlamasa da, yeni modelin pikapdan daha yığcam olduğu məlumdur. Beşqapılı Hummer modelnin təkər bazası pikapdan 227 millimetr qısadır. Eyni zamanda, kuzovun arxa çıxışı da azaldılıb. Beləliklə, ofrouderin uzunluğu 5,1-5,2 metr ola bilər.
Rəylər