DİN Baş DYP İdarəsinin məlumatı
Ölkə
09 aprel 2021 11:00
1011
2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol- nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 125 nəfər həlak olmuş, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7%) fakt, ölənlərin sayı 56 (-30,9%) nəfər, yaralananların sayı isə 8 (-2,1%) nəfər azalmışdır.
Aparılmış təhlillər göstərir ki, 365 (97%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 - 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermişdir. Bu qayda pozuntularının 43,2%-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8%-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olmuşdur.
Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 - 37,7%, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1%, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.
Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-i piyada, 42-i sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər