“BakuBus” MMC sürücülərin işə qəbulunu elan edir.
“D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinə malik, yaşı 23-dən az və 65-dən çox olmayan, həmçinin, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.
Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.
Fəaliyyətini tam olaraq qanunvericiliyin tələblərinə uyğun qurmaqla sərnişindaşıma sektorunda bir nümunə olan "BakuBus" MMC-də sürücü kimi çalışmağın bir sıra üstünlükləri var. Bunlar aşağıdakılardır:
➢ Əmək müqaviləsi əsasında işə qəbul
➢ 2 növbəli, 8 saatlıq iş rejimi
➢ Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat
➢ Gələcək pensiya təminatı
➢ Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)
➢ İl ərzində əmək məzuniyyətindən istifadə olunması
➢ Sanatoriyalara göndərişlərin verilməsi
➢ Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat
➢ Xüsusi geyim forması ilə təminat
Qeyd edək ki, “BakuBus” MMC-də çalışan sürücülər qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər