Əsas səhifəNəqliyyatPaytaxtın yeni salınan iki yaşayış massivini əlaqələndirən marşrut xətti təşkil edilib
PAYLAŞ

Paytaxtın yeni salınan iki yaşayış massivini əlaqələndirən marşrut xətti təşkil edilib

Nəqliyyat 30 Aprel 2021 13:42 1939

     Paytaxtın yeni salınan iki yaşayış massivini əlaqələndirən marşrut xətti təşkil edilib. Yeni 10 nömrəli marşrut xətti MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhər yaşayış sahəsini əlaqələndirəcək.   Yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq qəbul edilib.

     Xətt üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Gediş haqqı 0.30 azn müəyyən edilib və nağdsız formada “BakıKart”-la ödəniləcək.

     Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Əsas üstünlüklərdən biri bu xətt üzrə avtobuslar metronun “Xətai”, Səməd Vurğun bağı (“28 May” ms),  “Sahil”, “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarından da keçməklə hərəkət etməsidir.

     03.05.2021-ci il tarixindən sərnişinlər 10 nömrəli xətdən istifadə edə biləcəklər.

     Qeyd edək ki, paytaxt ərazisində, xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020