Əsas səhifəİqtisadiAzərbaycanın Türkiyədən kimyəvi idxalı 30 faiz artıb
PAYLAŞ

Azərbaycanın Türkiyədən kimyəvi idxalı 30 faiz artıb

İqtisadi 16 May 2021 20:48 1283







Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb


2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2021-ci ilin anoloji dövrü ilə müqayisədə 30,1 faiz artaraq 154,384 milyon dollar təşkil edib.

"Avtoyol.az" xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat veriblər.


2021-ci ilin aprelində Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin apreli ilə müqayisədə 29,3 faiz artaraq 45,911 milyon dollar təşkil edib.

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən dünya bazarlarına kimyəvi məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 7,466 milyard dollar olub.

Son 12 ay ərzində (2020-ci il aprel - 2021-ci il aprel) Türkiyənin kimyəvi məhsullar ixracı 19,789 milyard dollar təşkil edib.




Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2398

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020