"Avtoyol.az" xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat veriblər.
2021-ci ilin aprelində Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin apreli ilə müqayisədə 29,3 faiz artaraq 45,911 milyon dollar təşkil edib.
2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən dünya bazarlarına kimyəvi məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 7,466 milyard dollar olub.
Son 12 ay ərzində (2020-ci il aprel - 2021-ci il aprel) Türkiyənin kimyəvi məhsullar ixracı 19,789 milyard dollar təşkil edib.
Rəylər