Əsas səhifəQəza3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
PAYLAŞ

3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ

Qəza 17 May 2021 12:45 1671


Azərbaycanda istifadədə olan nəqliyyat vasitələrinin sayı 1 milyon 500 mindən artıqdır.

"Avtoyol.az" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O bildirib ki, ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər həyata keçirilir: "Bu ilin 3 ayı ərzində ölkə ərazisində 376 yol qəzası baş verib ki, nəticədə 125 nəfər ölüb, 370 nəfər isə xəsarət alıb.

Aparılan təhlillər göstərir ki, baş verən yol qəzalarının 37,8 faizi piyada vurulmasıdır. Son 3 ayda Bakıda piyada vurulması nəticəsində 17 nəfər ölüb, 34 nəfər xəsarət alıb".






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020