Xatırladaq ki, “Tuatara” hiperkarı “Shelby Super Cars North America” şirkəti tərəfindən 2011-ci ildə təqdim olunmuşdu. Avtomobil Floridadakı bir aerodromun pistində saatda orta hesabla 455.3 kilometr sürət göstərərək Ginnesin Rekordlar Kitabına düşüb.
2021-ci ildə hipercar-ı öz rekordunu qırması üçün (yeni hədəf saatda təxminən 483 kilometr) Florida ştatındakı bir aerodroma aparan zaman güclü külək buna imkan verməyib.
"SSC Tuatara”nı daşıyan yük maşınının sürücüsü idarəetməni itirib və maşın yan tərəfə çevrilərək aşıb.
Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Qəzadan sonra “SSC Tuatara” yararsız hala düşüb. Nəticədə yeni sürət rekordunu təyin etmək üçün hədəflənən planlar təxirə salınıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər