Əməkdar artist Kəmalə Rəhimli Azərbaycanda ilk dəfə “Mercedes” markalı avtomobil alan qadın olub. Lakin ifaçı illərdir maşınsızdır: “Almaniyadan gətirmişdik. Cavanşir Məmmədovun köməkliyi ilə gətirmişdim. İndi maşın sürmürəm”.
Əməkdar artist Mehriban Xanlarova uzun illərdir maşınsızdır. Hətta o, bu barədə “Maşın şou”da özü etiraf etmişdi: “Mən “Maşın şou”ya maşın qazanmaq üçün gəlmişəm. Maşınım yoxdur”
Meyxanaçı-müğənni Samirə Yusifqızı oğlunun əməliyyatı üçün maşınını satdığını deyib. İfaçı hazırda taksi şirkətinin avtomobilini kirayəlik idarə edir.
Xalq artisti Şamil Süleymanov isə maşını olmadığı üçün ictimai nəqliyyatdan istifadə edir.
Bu günə qədər xeyli sayda maşını olan prodüser Təranə Səmədova isə avtomobilinin kreditini ödəyə bilmədiyi üçün onu geri qaytarıb. Prodüser uzun zamandır maşınsızdır.
Prodüser Mədinə Məlik də küsülü olduğu həmkarı kimi hazırda maşınsızdır. O, pandemiya vaxtı gəlir əldə etmək üçün çörək bişirib satdığını demişdi.
Əməkdar artist Ruhəngiz Musəvi də maşınsız ulduzlar sırasındadır.
İllərlə bahalı maşınlar idarə edən “Pişik” Günel xeyli vaxtdır maşınsızdır. Müğənni hazırda maliyyə problemlərinin olduğunu, hətta yaşadığı evin kreditini ödəyə bilmədiyini deyib.
Əməkdar artist Cavan Zeynallı da maşınsızlar sırasındadır. Müğənni hər yerə həyat yoldaşı Röyanın maşını ilə gedir.
Müğənni Aytac Vidadiqızı da maşınsızdır. O, avtomobilini satıb, Türkiyəyə köçmüşdü. Qeyd edək ki, vaxtı ilə müğənni “Gelandewagen” markalı lüks avtomobil idarə edirdi.
Əməkdar artist Mətanət İsgəndərli bu yaxınlarda maşınını satıb. Hazırda o da maşınsızdır.
Müğənni Sevinc Musayeva illərlə maşın idarə etsə də, bir neçə aydır avtomobilini satıb.
Müğənni Emma ( Elmira ) Ələkbərzadə də bəzi həmkarları kimi avtomobilsizdir.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva maşını olmadığı üçün taksidən istifadə edir.
Reper Ramil Nabran da maşını olmayan ulduzlardandır.
Müğənni Mətanət Əsədova maşınsızdır.
Müğənni Mina Hüseynin də maşını yoxdur. O, çox vaxt harasa getmək istəyəndə taksidən istifadə edir.
Bu günə qədər bir neçə maşını olan “Elit star” Cəmilə İsgəndərova maliyyə problemlərinə görə maşını satıb. Bir neçə aydır maşınsızdır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər