Əsas səhifəQəzaDünyada yol terroru: Hər 24 saniyədə bir nəfər ölür
PAYLAŞ

Dünyada yol terroru: Hər 24 saniyədə bir nəfər ölür

Qəza 17 May 2021 20:04 1484

Hər 24 saniyədə avtomobil qəzalarında bir nəfər dünyasını dəyişir. Əslində yol nəqliyyat qəzaları uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbidir.

"Avtoyol.az" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı BMT-nin təşəbbüsü ilə 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi ilə bağlı çıxış edərkən deyib. 

H.Harmancı bildirib ki, iki il öncə Bakı Nəqliyyat Agentliyi ilə birlikdə planını qurduqları fəaliyyətlərin bu gün həyata keçirilməyə başlandığını görmək sevindirici haldır:

“Bundan əlavə, 20-50 milyon arasında insan qeyri-ölümcül xəsarətlər alır və onlardan bir çoxu aldığı zədələr nəticəsində əlil olur. Yüksək sürət yol nəqliyyat hadisələrində alınan xəsarətlərin əsas səbəbidir, yüksək gəlirli ölkələrdə yollarda hər üç ölümdən biri sürətlə əlaqələndirilir. Hesablamalara görə, nəqliyyat vasitələrindən istifadə edərkən insanların təxminən 40-50 faizi sürət həddini aşır, sürət aşağı salındıqda isə ölüm və xəsarət alma riski xeyli azalır.

2020-ci ilin əvvəllərindən etibarən COVID-19 qapanmaları və evdə işləyən insanlar səbəbindən nəqliyyatda hərəkətlilik azalıb. Bu, daha az avtomobil qəzasına səbəb olub. Lakin ölüm halları eyni nisbətdə azalmayıb, çünki insanlar daha yüksək sürətlə hərəkət edirlər. Yol nəqliyyat qəzaları əksər ölkələrdə ümumi daxili məhsulun 3 faizi nisbətində başa gəlir. Yol nəqliyyat qəzalarının qarşısını almaq mümkündür”.







Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020