BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik tədbirləri görülüb. Nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində svetofor obyektləri quraşdırılıb.
Nəticədə:
Nizamlanan eynisəviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə təhsil alan tələbələrin, o cümlədən yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb;
Piyadaların və nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin olunub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər