Avtosfer.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 99,2%, dəyəri isə 61,7% artıb.
Xatırladaq ki, ötən ilin analoji dövründə ölkəyə "Aİ-92" markalı benzin idxal edilməyib.
2021-ci ilin I rübündə Azərbaycana gətirilən benzinin əsas hissəsini "Aİ-95" ("Premium") markalı avtomobil benzini təşkil edib. Belə ki, hesabat dövründə sözügedən benzindən ölkəyə 16,781 mln. dollarlıq 26 277,71 ton gətirilib ki, bu da illik müqayisədə həcm ifadəsində 71,6%, dəyər ifadəsində isə 45,1% artıb.
Cari ilin yanvar-mart aylarında Azərbaycana "Aİ-95"in əsas ixracatçısı Rusiya olub (idxalın 90,3%-i). Ölkə Azərbaycana 15,143 mln. dollar dəyərində 23 721,48 "Premium" benzin ixrac edib ki, bu da illik müqayisədə həcm ifadəsində 60,4%, dəyər ifadəsində isə 36,2% çoxdur.
"Aİ-98" ("Super") markalı benzinə gəldikdə, sözügedən benzini Azərbaycana yanvar-martda yalnız Rumıniya ixrac edib. Sözügedən məhsuldan ölkəyə 562,73 min dollarlıq 718,75 ton gətirilib ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər