Əsas səhifəXariciMoldovaya məxsus təyyarə Moskvada eniş zamanı quyruq hissəsindən zədələndi
PAYLAŞ

Moldovaya məxsus təyyarə Moskvada eniş zamanı quyruq hissəsindən zədələndi

Xarici 19 May 2021 09:28 1389


“Moldova Air” aviaşirkətinin təyyarəsi Rusiya paytaxtında Domodedova aeroportunda qəzalı eniş edib.

Bu barədə NTV xəbər yayıb.

Məlumata görə, Kişinyov-Moskva reysini həyata keçirən 9U171 güclü külək səbəbindən ancaq ikinci cəhddən sonra eniş edə bilib. Bununla belə hava gəmisinin quyruq hissəsi zədələnib.

Sərnişinlərin hamısı təxliyyə olunub. Zərərçəkənlər barədə məlumat verilməyib.

Hadisənin səbəbləri və təyyarənin texniki vəziyyəti ilə bağlı qiymətləndirmələr aparılır.







Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020