Əsas səhifəAvtomobil YollarıFormula 1 iştirakçılarının Bakıda koronavirus testindən keçirilmə qaydası açıqlandı
PAYLAŞ

Formula 1 iştirakçılarının Bakıda koronavirus testindən keçirilmə qaydası açıqlandı

Avtomobil Yolları 19 May 2021 15:34 2079


Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün ölkəyə gələn komanda üzvləri dərhal koronavirus testindən keçiriləcək.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Bildirilib ki, beynəlxalq uçuş qaydasına əsasən, uçmazdan 48 saat əvvəl test verilməsi tələb edilir. Yəni bu, Formula 1 ilə əlaqədar deyil, test verilməsini aviaşirkətlər tələb edir.

Lakin bununla belə iştirakçılar Azərbaycana gələn kimi də dərhal testdən keçiriləcək. Burada qaldıqları müddətdə onlardan hər 5 gündən bir test götürüləcək, yəni əgər 5 gündən artıq ölkədə qalacaqlarsa, yenidən test aparılacaq.

Bakı Şəhər Halqasının əməkdaşlarından da əsas risk qrupları ilə, yəni pilotlar, komanda üzvləri ilə təmasda olanlar testdən keçəcək.

Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.





Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020