Avtomobil görənləri həm xarici görünüşünə, həm də salonuna görə heyran edib.
"Avtoyol.az" bildirir ki, maşının ban hissəsi ekstravaqant naxışlarla bəzədilib. Limuzinin içi isə yumşaq çəhrayı üzlüklə örtülüdür. Salonun ortasında dəyirmi masa var və tavanda isə həqiqi büllur çilçıraq asılıb.
“Cadillac Fleetwood”-un satış qiyməti təxminən 6300 manata bərabərdir. Qiymətin aşağı olmasının səbəbi isə maşının ideal vəziyyətdə olmamasıdır. Limuzinin dam örtüyünün boyası tökülüb, salonun minibarı və səs sistemi korlanıb.
Maşını alacaq olan şəxs onu əvvəlki halına gətirmək üçün bir xeyli pul xrəcləməli olacaq.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər