Əsas səhifəAvtomobil YollarıYeni avtomobillər güclü motorla niyə az yanacaq sərf edir?
PAYLAŞ

Yeni avtomobillər güclü motorla niyə az yanacaq sərf edir?

Avtomobil Yolları 19 May 2021 18:44 2126


Köhnə sistemli avtomobillərdə motorun nə qədər gücü var idisə qaza basdıqda hamısını istifadə edirdi deyə yanacağı çox işlədirdi. Ancaq indi qaza nə qədər basırsınızsa motorun at gücü də ona uyğun işə düşür, yəni ehtiyac olunmayan güc istifadə olunmur. Şəkildən də göründüyü kimi qaza nə qədər basırsınızsa o qədər güc tələb edən yanacaq yandırılır.



REM (enerji qazanma sistemi) - bu da yanacağı xeyli azaldır. Belə ki, siz işıqforun qırmızı işığında dayandığınız zaman Start-Stop sistemi motorun iş rejimini tam dayandırır. Ayağınızı əyləcdən götürdüyünüz zaman hiss olunmadan porşenlər hərəkətə keçir və yolunuza davam edirsiniz. Bununla da şəhərin darıxdırıcı tıxacında yanacaq sərfiyyatınız sıfıra düşür.



Yeni motorların çox hissəsi Turbo sistemi və ya Hibrid texnologiyası ilə təchiz edilir. Bu da ani sürətlənmələr zamanı avtomobilə əlavə güc verir deyə nəticədə yanacağa ciddi dərəcədə qənaət olunur. Hibrid sistemi daha üstün texnologiya olduğu üçün Turbo motordan da az yanacaq yandırır. Belə ki, avtomobil yanacağı ən çox 0-60 km/s aralığında sürətlənən zaman istifadə edir. Hibrid olan modellərdə bu işi elektrik motor gördüyü üçün motor yanacağa ehtiyac duymur.



Yeni avtomobillərin əsas ağırlıq tələb edən hissələri daha karbon liflərindən yığıldığı üçün yüngülləşir. Nəticədə lazımsız ağırlıq aradan qalxdığı üçün yanacağa az da olsa qənaət edilir. Karbon material Poladdan 4.5 dəfə yüngül, 3 dəfə güclü materialdır. Bu materialı hazırda Yaponiya, ABŞ, Almaniya, İran, Fransa, İngiltərə, Macarıstan və Tayvan istehsal edə bilir. Bazar payına görə Yaponiya və ABŞ bu siyahıya liderlik edir.



Bəzi V8 motorlarda isə ECO rejimində 1,2,5 və 8-ci silindirlər işini tam dayandırır. Ehtiyac olmayan güc üçün dayandırılan silindirlər yanacaq istifadə etmir deyə maksimum qənaət edir. Buna görə 2018-ci ildə Mercedes w222 S560 4matic modeli V8 bazası üzrə dünyanın ən ekonomik motoru seçildi.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020