"Avtoyol.az"ın xəbərinə görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobillə “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə “Iveco” markalı sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər