CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 19-da 66,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,16 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,16 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,16 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,23 dollar/barel azdır.
Rəylər