Əsas səhifəNəqliyyatBakıda ötən il Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirilib
PAYLAŞ

Bakıda ötən il Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirilib

Nəqliyyat 20 May 2021 13:23 1350


Pandemiya səbəbindən keçirilməyən 2020-ci il Formula 1 Azərbaycan Qran Prisinə satılan biletlərlə bağlı məsələyə aydınlıq gətirilib.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, 2020-ci il Qran Prisi üçün satılan biletlər tam olaraq qaytarılıb:

"Əvvəl azarkeşlərin ixtiyarına buraxılmışdı ki, ya biletlər dərhal qaytarılsın, ya da 2021-ci ildə yarış baş tutarsa, bu ilə keçirilsin. Lakin məlum olandan sonra ki, yarış tamaşaçısız keçiriləcək, biletlər kütləvi şəkildə qaytarıldı və hazırda heç bir bilet qalmayıb".

Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020