Əsas səhifəMaraqlıƏn bahalı avtomobil Bugatti La Voiture Noire
PAYLAŞ

Ən bahalı avtomobil Bugatti La Voiture Noire

Maraqlı 21 May 2021 07:42 2032


Bugatti dünyanın ən bahalı avtomobilini İsveçrədəki Cenevre avtomobil sərgisində təqdim etdi. Fransızcada "Qara Avtomobil" mənasına gələn La Voiture Noire 16.5 milyon Euro qiymətinə C.Ronaldoya satıldı. Sadəcə 1 ədəd istehsal edilən bu model Chiron, Chiron Sport və Divo-da olan 8.0 W16 Quad Turbo (4 ədəd Turbo) mühərriklə təchiz olunub. Bu motor 1500 at gücü və 1600 Nm dövr hasil edir. Gövdəsi tamamilə əl ilə karbondan hazırlanıb.



6 ədəd səs boğucuya sahib olan bu modelin arxa hissəsini boydan-boya LED stop işıqları daha fərqli göstərir. Salonun şəkilləri hələlik paylaşılmayıb. La Voiture Noire 1 ədəd istehsal edildiyi üçün Chirondan fərqli olaraq bu avtomobilin motoru sürət üçün yox normal sürüş üçün tənzimlənmişdir. Bugatti bu modeli "Limuzin komfortu ilə Sport avtomobili birləşdirən Kupe" qismində təqdim edib. Şəhər içində ekonomik rejimdə 100 km-ə 35.2 L Super 98 marka benzin sərf edir.






Bundan öncə Dünyanın ən bahalı avtomobili Rolls Royce Sweptail idi. Onun 13 milyon dollarlıq rekordunu Bugatti üstələdi.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020