Əsas səhifəİqtisadiAzərbaycanda şpris istehsalı artırılır
PAYLAŞ

Azərbaycanda şpris istehsalı artırılır

İqtisadi 21 May 2021 13:08 793


Pirallahı Sənaye Parkının rezidenti "Diamed Co" MMC-nin şpris istehsalı müəssisəsi fəliyyətini genişləndirir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda müəssisədə 2, 5, 10 və 20 qramlıq olmaqla 4 növ şpris istehsal edilir. Zavodda hazırda 60-a yaxın işçi çalışır. Yaxın vaxtlarda zavodun 3 növbəli iş rejiminə keçməsi ilə əlaqədar işçi sayının artırılması nəzərdə tutulur.

Bundan başqa, “Diamed Co” MMC yaxın günlərdə istehsal etdiyi məhsullar sırasına daha 5 çeşid məhsul əlavə etməklə, məhsullarının sayını 9-a çatdıracaq. Yeni məhsullar - insulin şprisləri, 1qramlıq şprislər, müxtəlif ölçülü kəpənəklər, damardaxili kateterlər və sistem setləridir.

Qeyd edək ki, “Diamed Co” MMC 2017-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində tikilmiş zavodda İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir.






Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 1950

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020