"Avtoyol.az"ın məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının 20-ci kilometrliyində Sabirabad rayonunun Qarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “BMV” markalı avtomobil sürətlə hərəkətdə olarkən dayanacaqda dayanan mikroavtobusa çırpılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti nisbətən ağır olan bir nəfər xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər