BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə Səbail rayonu, 189-190 nömrəli təhsil müəssisəsinin ətrafında BMT, BNA və ÜST-ün həyata keçirdiyi birgə fəaliyyətə əsasən Nəqliyyat Könüllülərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Nəqliyyat könüllüləri hərəkət iştirakçılarını təhlükəsizlik qaydaları haqqında maarifləndirib, eyni zamanda "Həyat dolu küçələr" şüarı ilə sürücüləri ehtiyatlı olmağa çağırıblar.
Piyada təhlükəsizliyinin artırılması məqsədilə daha öncədən sözügedən təhsil müəssisəsinin ətrafında:
✅ müvafiq yol nişanları quraşdırılaraq sürət həddi 30km/saat-a endirilib;
✅ əlçatanlığın artırılması məqsədilə panduslar təşkil edilib, təhlükəsizlik məqsədilə təhlükəsizlik dirəyi və məhəccərlər quraşdırılıb;
✅ mövcud eyni səviyyəli piyada keçidləri yenilənib, sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;
✅ təhlükəsizliyin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.
Unutmayaq, piyada ən həssas və vacib yol iştirakçısıdır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər