Əsas səhifəMaraqlıAkkumulyator alarkən nəyə diqqət edilməlidir?
PAYLAŞ

Akkumulyator alarkən nəyə diqqət edilməlidir?

Maraqlı 22 May 2021 07:53 1045


Mühərrikin ilk növbədə start götürə bilməsi üçün enerji mənbəyi kimi Akkumulyator önəmli faktordur. Bəs Akkumulyator alarkən nələrə diqqət etmək lazımdır?

Telefonlarda 3000 mah, 4000 mah güclü batareyalar olduğu kimi, avtomobillərdə də batareyalar 60 Ah, 72 Ah və s. gücdə olur. Burada yazılan 72 AmperHours batareyadan 1 saat içində 72 amper güc ala bildiyimizi göstərir. Yəni Batareyaya 72 amperlik alət taxıb işlətsəniz onun enerjisi 1 saat sonra bitəcək. Ona görə də avtomobili saxladığınız zaman yüksək səslə musiqiyə qulaq asmağı sevirsinizsə Amper dəyəri yüksək olan batareya almağınız məsləhətdir. Həmçinin avtomobilin kitabçası hansı gücdə batareya tələb edirsə mütləq həmin güclü batareya ilə təmin olunmalıdır. Əks halda bir müddət sonra problemlər qaçılmazdır.

Yeni batareya alarkən əsas diqqət edilməli şey batareyanın istehsal edildiyi tarixdir. Çünki istehsal edildiyi ilk 6 ay içində onun istifadə edilməsi lazım gəlir. 1-ci sinif bahalı firmaların bir çoxu akkumulyatorun sərgidə qalma ömrünün 12 ay olduğunu qeyd edir. Ancaq ucuz markalarda bu müddət 6 aydır. Üstündə istehsal tarixi açıq şəkildə yazılmayan akkumulyatoru almaqdan qaçının. Ən yaxşısı istehsal tarixi 3 ayı keçməmiş akkumulyatorlardır. Çünki sərgidə satılmağı gözləyən akkumulyator var olan özəlliklərini itirir.

İstehsal tarixi açıq aşkar 05.11.2019 tipli yazılmır. K4X tipli kodlarla qeyd olunur deyə bilməyən alıcılar məlumatsız olur. Bu kodların mənasını aşağıdakı fotolarda tam izah etmişəm. Bəzi akkumulyatorlarda "6 xarakterli" kod olur. Misal üçün 280421 kodunu izah edim. 2 - istehsal xətt nömrəsi, 8 - 2008-ci il, 04 - 4 cü ay, yəni Aprel ayı, 21 - Aprel ayının 21-ci günü deməkdir. Bəzi hallarda isə akkumulyatorun -/+ qütblərinin qoşulma hissəsində də həftə və il üzrə 4 rəqəm qeyd edilə bilir.



Bəzi Çin istehsalı akkumulyatorların üzərində amper yazıldığı qədər olmur. Misal üçün 180 Ah yazılan akkumulyator ölçüldüyü zaman 120 Ah gələ bilir. Avtomobilinizin tələb etdiyi gücə uyğun olmayan akkumulyator zaman keçdikcə sizə və avtomobilinizə problem yaratmaqdan başqa bir işə yaramayacaq.

Təbii ki, batareyaların da müxtəlif standartları var. Soyuq mühərriki işə salma gücü CCA (Cold Cranking Amps) amperi ilə ölçülür. CA dəyəri sıfır dərəcə temperaturda batareyanın 30 saniyə verə biləcəyi maksimum amper gücünü göstərir. CCA isə -17 dərəcədə maksimum amperi bildirir. Alternator xarab olduğu zaman rezerv enerji ilə təmin edilə bilməsi üçün RC (Reserve Capacity) dəyəri yüksək olmalıdır. Ümumi olaraq CCA və RC dəyərləri yüksək olan batareya daha keyfiyyətli batareya sayılır. İqlimi soyuq olan yerdə yaşayırsınızsa batareya alarkən CCA dəyərini üstün tutmalısınız. İsti iqlimli yerdə yaşayırsınızsa CCA dəyərinə ehtiyacınız yoxdur. Misal üçün batareyanın 400CA dəyərindədirsə qışda mühərriki işə salan zaman bəxtiniz gətirsə ilk dəfədə mühərrik işə düşəcək. Çünki ilk işə salmada mühərrik onsuz da 200 amperi 30 saniyədə istifadə edəcəyi üçün sizin rezerv 200 amperiniz qalacaq. Buna görə də soyuq yerdə yaşayanlar üçün CCA dəyəri mütləqdir. Fotoda 490-lıq batareya görürsünüz.



Batareyanın neçə faiz enerji ilə dolu olmasını Voltmetr və ya Multimetr ilə yoxlaya bilərsiniz. Dəyərlər 12.6-13 Volt göstərirsə 100% dolu deməkdir. 12.4-12.8 Volt 75%, 12.1-12.5 Volt 50%, 11.9-12.2 Volt 25%, <11.9 Volt isə onun boş olmasını göstərir.




Bəzi hallarda batareyanın -/+ birləşmə hissələrində yuxarıdakı fotoda olduğu kimi paslama, küflənmə halları baş verir. Belə olduğu halda enerji qidalanması düzgün getmir deyə sürücülər çox vaxt batareyanın ömrünün bitdiyini düşünərək əlavə xərcə düşüb onu yeniləyirlər. Bu halda onu sadəcə təmizləmək kifayətdir.

Öncə mənfi kabeli, daha sonra müsbət kabeli sökün. Batareyanı götürüb avtomobildən kənara qoyun. Karbonat və ya su ilə batareyanın birləşmə yerlərini pas və kirdən təmizləyin. Kabel başlıqlarını, batareya qoşulma yerlərini sumbata kağızı ilə (şkurka) parıldayana qədər sürtün. Metal tel fırça ilə də bunu etmək mümkündür. Batareyanı avtomobilə yenidən yerləşdirib kabelləri + və - olmaq üzrə yenidən birləşdirin. Artıq daha düzgün enerji ötürən batareyanız var.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020