Əsas səhifəQəzaBiləsuvarda traktorla minik maşını toqquşub
PAYLAŞ

Biləsuvarda traktorla minik maşını toqquşub

Qəza 22 May 2021 11:27 908



Biləsuvar rayonunda yol qəzası hadisəsi baş verib.

"Avtoyol.az" xəbər verir ki, hadisə Bakı-Astara magistralının Bəydili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Füzuli rayonunun Pirəhmədli kənd sakini Kamal Bağban oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Biləsuvar rayonunun Bəydili kənd sakini Elxan Cankişi oğlu Adışovun idarə etdiyi traktorun arxasındakı presbağlayan qoşqusuna çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.







Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020