Əsas səhifəMaraqlıYeni Avtomobil necə ərsəyə gəlir? Facelift nə deməkdir?
PAYLAŞ

Yeni Avtomobil necə ərsəyə gəlir? Facelift nə deməkdir?

Maraqlı 22 May 2021 14:36 1332

Hər avtomobil markası 3-5 ildən bir mövcud gövdəni yeniləyir. Hər modelin yenisi çıxdıqca bizə sanki elə gəlir ki, onlar kompüter üzərində dizayn edilir, 5-10 nəfər baxır bəyənir və istehsal edilir. Əslində belə deyil. Bu uzun və maraqlı prosesi məqaləmizdə ardıcıllıqla oxuya bilərsiniz.


Facelift sözü dilimizdə "üz görünüşü dəyişmə" kimi tərcümə olunur. Yəni misal üçün w212 gövdə Mercedes-dən sonra birbaşa w213 gövdə çıxarılmır. w212 gövdəsinin özünün yenisi çıxarılır. Yəni faralara biraz dəyişiklik edilir, ön-arxa bamperlərin dizaynı dəyişilir, salonda 1-2 toxunuş edilir və həmin gövdənin daha müasir variantı istehsal olunur. Bunu etməkdə əsas məqsəd köhnə gövdədə olunan səhvləri aradan qaldırmaqdır. Bundan 3-4 il sonra isə w213 gövdəsi istehsal edilir. Gövdə kodu 212-dən 213-ə qalxırsa, yəni facelift-dən söhbət getmirsə deməli köklü şəkildə yeni model çıxmalıdır. Bu modeldə mühərrikdən tutmuş ən sonuncu detala qədər hər şey yenidən dizayn edilir, yenidən hesablanır.



İndi başlayırıq yeni gövdə istehsal etməyə. Yuxarıdakı fotoda olduğu kimi avtomobilin əvvəlcə Plastilindən maketi hazırlanır və üzərində 48 ay işlənir. Bu material ilə işləmək rahat olduğu üçün dizaynerlər bu üsulu seçirlər. Yəni xoşa gəlməyən hissələr rahatlıqla dəyişilə bilir.



Dizayn təsdiqləndikdən sonra Real prototip hazırlanır və qarışıq bəzəyi olan vinillə üzlənir ki, digər firmalar təqdimatdan öncə oğurluq edə bilməsin. Prototip 1-2 ədəd yox, düz 1200 ədəd hazırlanır. Kamuflyaj üçün ümumi olaraq 3500 kvadrat metr Vinil örtüyü lazım gəlir. Bundan sonra avtomobillər dünyanın 4 qitəsində, ümumi 1.600.000 km test sürüşündən keçir. Avtomobillər -32 və +60 dərəcədə test sürüşləri tamamladıqdan sonra elektron sistemlərin testinə başlanılır.



Ağıllı yol xətt dəyişmə sistemi 5.000 dəfə sürücüsüz yoxlanır, 10.000 dəfə əyləc sistemi test edilir. Şirkətin təkcə 1200 mühəndisi sadəcə bu yuxarıda sadalanan proseslər üçün maaş alır. Bu sadalananlar perspektivli avtomobil şirkətlərində gedən mərhələlərdir. Digər kiçik avtomobil şirkətlərində bu proseslər biraz fərqli ola bilər.



Xarici görkəmdə olduğu kimi, salonun da maketi hazırlanır və testlərə başlanır. Real sükan arxasında sürücü qismində mühəndislər əyləşir və tez-tez istifadə olunan düymələrin nə dərəcədə əlçatımlı olması, unikal olub-olmaması yoxlanılır və təsdiqləndikdən sonra seriya istehsala keçilir. Bütün bu uzun testlərdən müsbət qiymət alan avtomobil seriya istehsala keçir və yeni bir model yaranmış olur.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020