Azərbaycanda bu gün koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Avtoyol.az" Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada 12 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 991 nəfər müalicə olunaraq sağalıb, 4 851 nəfər vəfat edib, aktiv xəstə sayı 7 393 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 841, ötən müddət ərzində isə ümumilikdə 3 446 033 test aparılıb.
Rəylər