Əsas səhifəAvtomobil YollarıŞəkidə iki avtomobil toqquşub, xəsarət alan var
PAYLAŞ

Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var

Avtomobil Yolları 22 May 2021 19:02 2036


Şəkidə baş verən yol qəzasında azyaşlı xəsarət alıb.

"Avtoyol.az"ın məlumatına görə, yol qəzası Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 42-ci kilometrliyində, Şəki rayonu Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Şəki rayonu Çələbixan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Orxan Asəf oğlu Muradovun idarəetdiyi "QAZ" markalı, 99 JT 312 dövlət nömrə nişanlı avtomobillə Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əfqan Nağdalı oğlu Orucovun idarə etdiyi "VAZ 2107" markalı 10 KZ 045 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan 2014-cü il təvəllüdlü Əhəd Hafiz oğlu Heydərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı araşdırma aparılır.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020