Beləliklə, Ford Mondeo modelini rəsmi olaraq əvəzləyəcək kross-liftbekin sələfindən daha böyük olduğu ortaya çıxıb. Evos modelinin qabarit uzunluğu 4920 millimetr, eni - 1920 millimetr, hündürlüyü isə 1600 millimetrdir. Müqayisə üçün, Mondeo sedanının ölçüləri 4873x1852x1470 millimetr təşkil edir.
Təkər bazası da genişlənib - 2850-dən 2945 millimetrə qədər. Əgər sərgidəki Ford Evos modli 20-düymlük təkər diskləri ilə təchiz edilmişdisə, sertifikatda 19-düymlük disklər göstərilib.
Ford Evos krossoverinin Focus modelinin müstəqil arxa asqısı və ön ötürməsi olan dəyişdirilmiş və uzadılmış şassisinə əsaslandığı artıq məlumdur. Sertifikata əsasən kapotun altında 238 at qüvvəli 2,0-litrlik EcoBoost turbomühərriki yerləşdirilir. Belə kross-liftbekin maksimal sürəti 193 km/saatdır.
Ford Evos modelinin seriya versiyasının istehsalına ilin sonuna qədər başlanacaqdır. Çin üçün avtomobillər Changan Ford birgə müəssisəsi tərəfindən istehsal ediləcəkdirlər. Ancaq yeni modelin digər bazarlarda təklif ediləcəyi barədə heç bir məlumat verilməyib.
Ford şirkəti artıq Evos krossoverinin tamamilə Çin bazarı üçün hazırlanmış model olduğunu bəyan edib. Lakin bu, kross-liftbekin dəyişdirilmiş və adaptasiya edilmiş formada digər ölkələrdə debüt etməyəcəyi anlamına gəlmir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər