Əsas səhifəMaraqlıDSG və ya Robot transmissiya nədir?
PAYLAŞ

DSG və ya Robot transmissiya nədir?

Maraqlı 23 May 2021 06:09 2551


Robot transmissiya dediyimiz transmissiyaya hər markada bir ad verilib. Volkswagen DSG, Audi S-Tronic, Bmw SMG 2, Mercedes Speedshift-MCT və DTC, Porsche PDK, Ford və Volvo Powershift, Mitsubishi TC-SST, Renault EDC, Nissan GR6, Alfa Romeo TCT deyir. "Niyə bu qədər çox saylı ad verilib?" deyə düşünsəniz səbəbi patent məsələsidir. Ayrı-ayrı ad verirlər ki, guya özləri yeni bir şey kəşf edib, başqasından heçnə götürməyib. Çünki hamısında iş prinsipi eynidir ancaq işləmə tezliyi markanın mühəndislərinin bacarığından asılıdır. Bu sistemi 1980-ci ildə ilk istifadə edən marka Porsche və Audi olmuşdur (Le Mans və Rally avtomobillərində). Sonralar isə normal yol avtomobili olaraq 2003 Vw Golf R32 modelində ilk dəfə istifadəyə verildi. Bunların içində ən çox inkişaf etmiş robot transmissiya Mercedesin AMG modellərində istifadə etdiyi çox qarışıq və çox bahalı MCT transmissiyadır. Bu transmissiyada ötürücüləri hiss etmək çətin məsələdir, çünki çox cəld dəyişir və sürücüyə demək olar ki, heç nə hiss etdirmir.



Robot transmissiya - Avtomatlaşdırılmış mexaniki transmissiya deməkdir. Mexanika deyil, avtomatdır ancaq mexanika kimi cəlddir. Hətta mexanikadan da 2 dəfə cəld. Normal avtomat transmissiyaların daxilində 1 mufta var idi. Ancaq robot transmissiyada daxilində 2 mufta olur. 1-ci mufta 1-ci pillədə sürət yığarkən 2-ci mufta 2-ci pillədə hazır gözləyir. Pillə 2-yə keçəndə bayaq 1-ci pillədə olan 1-ci mufta keçir 3-cü pillədə hazır gözləyir. Proses bu ardıcıllıqla davam edir. Yəni 1-ci mufta 1-3-5-7-9, 2-ci mufta 2-4-6-8-ci pilələrdə işləyir. Normal avtomat karobkada isə 1 mufta bütün pillələrə sıra ilə gedib gəlirdi. O əvvəllər idi ki, mexanika avtomatdan sürətli idi. Ancaq eyni modelin robot karobkası artıq mexanikadan daha sürətlidir. Misal üçün: DSG transmissiyada pilləni dəyişmək üçün sadəcə 8 milli saniyə vaxt gedir, ancaq Ferrari Enzo kimi Sport avtomobil nə qədər güclü olsa da normal transmissiyası olduğu üçün pillə dəyişməyə 150 milli saniyə vaxt aparır.



Robot transmissiyada sürətlənmə zamanı hər zaman 1 üst pillədə ehtiyatda duran muftanız var. Ancaq sürücülərin diqqət etmədiyi 1 hissə var, missal üçün 3-cü pillədə getdiyiniz zaman birdən-birə pilləni 2-yə verib sürəti anidən artırmaq istəyirsiniz. Robot karobkada bu istəyiniz anidən reallaşmayacaq və bir müddət gözləməli olacaqsınız. Çünki siz 3-cü pillədə getdiyiniz zaman karobka pilləni 4-ə keçirmək üçün 4-də hazır olaraq gözləyəcək. O hardan bilsin ki, siz anidən 2-yə atıb sürəti artırmaq istəyirsiniz. Ona görə də robot karobkada missal üçün 3-dən 2-yə keçən zaman 1 az gözləyin ki, 4-də duran ehtiyat mufta özünü 2-yə gətirsin.

Robot transmissiyanın üstünlüyü odur ki, pillə dəyişən zaman hiss olunmur, pillələr daha cəld dəyişir və avtomobil sürəti daha tez yığır, yanacağa 10% qənaət edir. Mənfi cəhəti isə daha tez baxım vaxtının olması və xərclərinin baha başa gəlməsidir. DSG transmissiyalar (ümumi robot hamısı) yeni ikən sürüş həzzi versə də, nisbətən illər keçdikcə titrəmə problemi ilə üzləşir. Ən çox 2-ci transmissiya sürətlənmə və gözləmə rejimində işlədiyi üçün daha tez xarab olur və təmiri baha başa gəlir. Yoxuş yuxarı sürüş zamanı bu titrəmələr daha çox hiss olunur. Performans axtaranlar və cibində pul olanlar üçün ideal seçimdir. Ancaq aşağı gəlirli və istifadə qaydasını bilməyən sürücülər üçün xərcli olacaq. Xərclərinin çox, ömrünün az olmasına görə Bmw artıq bu sistemdən imtina etməyə başlayıb. Yerini dövrü özü hesablayıb nizamlayan sadə və cəld sıralı transmissiya alır.



Yeni Supercar 2019 Koenigsegg Jesko-da isə tamamilə gecikməsiz transmissiya mövcuddur. 9 pilləli bu yeni transmissiya firma tərəfindən “Light Speed Transmission” olaraq adlandırılır. Mövcud iki muftalı sistemə bənzəyən bu çox qavramalı yeni transmissiya "işıq sürətində keçid edən" transmissiya kimi təqdim edilir. İşıq sürətli bu 9 pilləli LST transmissiya pillə dəyişmə müddətini az qala sıfır zamanında meydana gəlməsi təsir edici nəticədir. Modern iki muftalı transmissiyalar (DCT, DSG və s.) sürətlənmə zamanı bir sonrakı pilləni seçmək üçün hazır olmağa proqramlaşdırılsalar da, sürücü 5-ci pillədən 6-ya yox 4-ə keçmək istədikdə bir az vaxt itkisi ilə qarşılaşmalı olacaqdır. Sürücü 7-ci pillədən 4-ə keçmək istəsə belə bu baş verə bilmir. Əvvəlcə 6, sonra 5-ci pilləyə keçməli və vaxt itirməlidir. Ancaq Koenigsegg LST transmissiyası bu pillələrin 1,2 və ya 5-də olmasını vecinə almadan yüngül pillə dəyişimi ilə maksimum güc üçün ən uyğun pilləni seçən əvəzsiz çoxyönlü mufta dizaynı və "UPOD" (Ultimate Power On Demand - maksimum sürətlənmə üçün optimal çarxları həmin an seçən və əlaqələndirən beyin) texnologiyası ilə bunun öhdəsindən çox cəld şəkildə gəlir. UPOD avtomobil transmissiyasını 7-ci pillədən 4-cü pilləyə cəld şəkildə keçməni təmin edə bilir. Bu şəkildə həm irəli, həm də geri pillə dəyişimi zamanı vaxt itkisi təxminən sıfıra bərabər olur. Modern yüksək performans 7 pilləli DCT transmissiyalar 120 kq ağırlığında olursa, 9 pilləli LST transmissiya içindəki mayelər daxil sadəcə 90 kiloqramdır. Transmissiyanın uzunluğu da az olduğu üçün avtomobilin ağırlıq mərkəzinə müsbət təsir edərək yol tutuşunu yaxşılaşdırır.







Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020