Sərhəddəki tıxacın ucu bucağı görünmür. Günlərdir ki,yük avtomobillərinin sürücüləri sərhədi keçmək üçün gözləyir.
Azərbaycan Rusiya sərhəddinin Samur gömrük-sərhəd buraxılış məntəqəsinin önündə yük maşınlarının uzun tıxacı yaranıb. Rusiyaya ixrac olunan və yük maşınları ilə aparılan məhsullar 4-5 gündür ki, gömrükdə qalıb.
Sürücülərin sözlərinə görə əsas problem Rusiya tərəfindədir. Belə ki,Rusiya gömrüyündə köhnə sistem olduğundan keçid prosesi uzanır. Belə olan halda həm artıq yanacaq sərf olunur, həm də yük maşınlarındakı məhsullar xarab olur. Bu isə sürücülərin əlavə xərc çəkmələrinə səbəb olur.
Yaranmış problemlə əlaqədar olaraq Samur Gömrük Postunun rəis müavini Elvin Orucov Xəzər Xəbərə bildirib ki, ən çox yük maşınları İrandan gələnlərdir. Buna baxmayaraq mövsümlə əlaqədar Azərbaycanda da yük maşınlarının sayı çoxalıb. Rusiyanın Məhərrəm kənd Gömrük Postunun Yaraq Qazmalar keçid Məntəqəsi gün ərzində maşinlari çox qəbul edə bilmədiyinə görə bu problemlər üzə çıxıb.
Elvin Orucov problemin qısa zamanda həll olunacağını bildirib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər