Əsas səhifəXariciNigeriyada təyyarə qəzası qurbanlarının sayı artıb
PAYLAŞ

Nigeriyada təyyarə qəzası qurbanlarının sayı artıb

Xarici 23 May 2021 11:12 1125


Nigeriyanın Kadun ştatında hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Avtoyol.az"ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, bu barədə Nigeriya Müdafiə Nazirliyinin nümayəndəsi Məhəmməd Yerima bildirib. O, qeyd edib ki, Abujidən səmaya qalxmış təyyarədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi İbrahim Attairu da olub.

Onun sözlərinə görə, qəzanın təfərrüatı və matəm mərasimi haqqında təfsilat yaxın vaxtlarda elan ediləcək.

Öz növbəsində Nigeriya prezidenti Məhəmməd Buhari də qəzada həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib

"Onların hamısı bu torpaqda sülhü və təhlükəsizliyi təmin etmək üçün yüksək qiymət ödəyən qəhrəmanlardır", - deyə dövlət başçısı tvitterdəki səhifəsində yazıb.

Daha əvvəl bildirilirdi ki, qəza zamanı 8 nəfər həlak olub.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020