Əsas səhifəNəqliyyat"Formula 1": Azərbaycan Qran-prisindən öncə lider dəyişdi
PAYLAŞ

"Formula 1": Azərbaycan Qran-prisindən öncə lider dəyişdi

Nəqliyyat 23 May 2021 21:14 1237


Monte-Karlodakı şəhər trasında "Formula 1" üzrə Monako Qran-prisi keçirilib.

Yarışın qalibi "Red Bull" pilotu Maks Ferstappen olub. "Ferrari"dən Karlos Sayns ikinci, "Maklaren"dən Lando Norris üçüncü yeri tutub. Sayns "Skuderiya"ya mövsümdə ilk podiumu bəxş edib.

"Mercedes" pilotlarına gəldikdə, 7 qat dünya çempionu Lüis Hemilton 7-ci yeri tutaraq, ümumi hesabda liderliyi Ferstappenə verib. Beləliklə, niderlandlı sürücü karyerasında ilk dəfə sıralamada birinci yerə yüksəlib. Hemiltonun komanda yoldaşı Valtteri Bottas isə bolidinin təkərindəki problem üzündən yarışı başa çatdıra bilməyib.

"Ferrari" pilotu Şarl Lekler maşınının ötürücülər qutusunun işləməməsi üzündən ümumiyyətlə, yarışa çıxmayıb. Komandanın sabiq üzvü, hazırda "Aston Martin"də çıxış edən Sebastyan Fettel 5-ci yeri tutsa da, səsvermə ilə bu mərhələnin ən yaxşı pilotu seçilib.

Monako Qran-prisindən sonra xalını 105-ə çatdıran Ferstappeni ondan 4 xal geri qalan Hemilton izləyir. Üçüncü yerdə 56 xalla Norris qərarlaşıb. Konstruktorlar Kubokunda da lider dəyişikliyi baş verib. "Red Bull" 149 xalla 1-ci pilləyə yüksəlib. "Mercedes" 148 xalla ikinci, "Maklaren" 80 xalla üçüncüdür.

Qeyd edək ki, mövsümün növbəti - sayca 6-cı Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək. Azərbaycan Qran-prisi də şəhər trasında təşkil olunacaq.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020