Əsas səhifəQəzaXırdalanda yol qəzası, xəsarət alan var
PAYLAŞ

Xırdalanda yol qəzası, xəsarət alan var

Qəza 24 May 2021 09:19 995


Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Avtoyol.az"ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, 52 yaşlı Muxtarova Şəfiqə İsa qızı yaralanıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.





Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020