Əsas səhifəMaraqlı4×4² G-Class sadədən nə ilə fərqlənir?
PAYLAŞ

4×4² G-Class sadədən nə ilə fərqlənir?

Maraqlı 24 May 2021 18:43 969


2018 Mercedes Brabus G550 Adventure 4×4² w463 versiya G-Class-ın sadə G-Class-dan fərqi nədir? Xatırladığınız kimi 6x6 modelinin minimal bazası kimi 4x4² sistemli G-Class yaradılmışdı. Yəni buna 6x6 modelinin şəhər içi versiyası kimi baxa bilərsiniz. Hər təkərin 2 amartizatoru və 2 ədəd purjunu var. Hər cür yol şəraitinə qarşı bütün hissələri 5 il qarantiyalıdır. 4x4 sistemi davamlı hərəkət edə bilir və ən ağır dırmaşma mövqeləri üçün dövr kiçiltmə pilləsi mövcuddur. 3 ədəd 100% differensial kilidi ilə hər cür yolu keçə bilirdi. Normal G500 yerdən 235 mm hündürlükdə idisə bu 440 mm hündürlüyə sahibdir. Ancaq Brabus bununla kifayətlənmədi. Çünki onlara əsl Off-Road lazım idi.



Avtomatik açılıb-bağlanan mühərrikli yeni ayaqlıqlar əlavə olunub.



Xüsusi elektron mühafizə edilən qaz asqı sistemini ləğv etdilər. Arxa və ön oxların müstəqil keyfiyyətli sürüşünü sürücü özü seçə bilər. Ön və arxa hissəyə Mercedesin bahalı Brabus Ksenon işıq sistemini vəhşi təbiətin təsirlərindən qorumaq üçün setkalar əlavə olundu.



Çöl şəraitində yolu daha yaxşı görmək üçün önü və arxası idarə edilə bilən, hər yönə dönmə imkanına sahib xüsusi LED (97x10W) aydınlatma sistemi, avtomobilin üzərinə düşə biləcək ağaclar və üstünə çıxacaq vəhşi heyvanlardan qorunması üçün gücləndirilmiş bəzəkli qoruyucu lövhə yerləşdirildi.



Off-Road-ın əvəz edilməz hissəsi olan dartıcı sistem quraşdırıldı.



Təbii ki, komfort yaddan çıxmayıb. Mərkəzi konsolun funksiyaları genişləndirilib. Mərkəzi konsol ilə Asqı sistemini idarə edə bilərsiniz.



4 rejim mövcuddur: İndividual, Comfort, Sport və Off-Road.



Arxada oturan sərnişinlər içkilərini 1 düymə ilə soyudub isidə bilərlər. Hər iki stəkanlıqda həm soyuducu, həm də qızdırıcı funksiyası var. Düymələrin arasında telefonunuzu enerji ilə təmin etmək üçün USB girişləri mövcuddur.



Ən çox maraqlı olan bu trosun nə olduğudur. Off-Road şəraitində sürüş zamanı yolunuzu hansısa qalın budaqlı ağac kəsdiyi zaman həmin budağın ön alın şüşəsinə (patpresə) ilişib qalmasının qarşısını alır. Yəni ağac avtomobilə dəymədən tros boyu sürüşərək avtomobilin belindən ötüb keçir.



Nə qədər böyük olduğunu nəzərinizə çatdırmaq üçün sadə G-Class ilə yan-yana fotolarını yerləşdirdim (şəkildəki sadə G500 4x4²-dir, yeni çıxan Brabus Adventure 10 mm daha hündürdür).

• 2018 Brabus Adventure G550 4x4² - Motor 4.0 Bi-Turbo / V8 / 550 HP / 800 Nm / 0-100 = 6.7 saniyə / maksimal sürət 215 km.h / trasda 12.5 L, şəhər içində 16 L / ötürücü tam / 7G pilləli transmissiya / uzunluq 4672 mm, eni 1867 mm, hündürlük 2250 mm, yerdən hündürlük 450 mm, təkər bazası 2850 mm / təkər ölçüsü 325/55 R22 / ağırlıq 3356 kq / baqaj həcmi 487 L / yanacaq tutumu 110 L.



Mercedes o qədər şeyi dəyişdi. Bəs Lada yeni Niva Bronto-ya nə etdi? 33 mm enli oldu, 35 mm hündürləşdi, arxa körpü biraz gücləndi, amortizatorların gücü və gediş dərinliyi artırıldı, ön və arxa oxdakı vitşəkilli özüqapanan differensiallar və ABS sistemi olan əyləclər qoyuldu, belinə 2 çubuq vəssalam. 100-ü də 1 saniyə gec yığdı, max sürət aşağı düşdü, mühərrik eyni qaldı, qiyməti Rusiyada 4.800 Rubl daha baha oldu...

• Bronto 4x4 (3 qapılı) - Motor 1.7 / L4 / 83 HP / 129 Nm / 0-100 = 18 saniyə / maksimal sürət 137 km.h / trasda 8.3 L, şəhər içində 15.4 L / ötürücü tam / 5 pilləli transmissiya / uzunluq 3680 mm, eni 1713 mm, hündürlük 1740 mm, yerdən hündürlük 240 mm, təkər bazası 2200 mm / təkər ölçüsü 235/75 R15 / ağırlıq 1285 kq / baqaj həcmi 265/585 L / yanacaq tutumu 42 L.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020