Əsas səhifəNəqliyyatPandemiyanın mənfi təsirini azaltmaq üçün “BakuBus”a nə qədər vəsait köçürülüb?
PAYLAŞ

Pandemiyanın mənfi təsirini azaltmaq üçün “BakuBus”a nə qədər vəsait köçürülüb?

Nəqliyyat 24 May 2021 21:09 1425


Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən “BakuBus” MMC-yə 7,5 milyon manat məbləğində vəsait köçürülüb. 

"Avtoyol.az" əbər verir ki, bu barədə Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə verdiyi rəydə qeyd olunub. 

Belə ki, köçürülmüş məbləğin büdcə vəsaitinin 5,4 milyon manatı (72,6 %-i) təşkilatın pandemiyadan zərər çəkmiş təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilib.

2,1 milyon manat (27,4 %-i) isə pandemiya ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə, yəni vergi orqanlarının sərəncamları ilə vergi borclarının ödənilməsinə silinib.

Pandemiya ilə bağlı ayrılan vəsaitin vergi borclarına yönəldilməsi büdcədən pandemiyanın mənfi təsirini azaltmaq üçün ayrılan vəsaitin istifadə etmədən büdcəyə geri qaytarılması kimi qiymətləndirilir.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020