"Avtoyol.az"ın məlumatına görə, bu “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Müstəqil Dövlətlər Birliyi ölkələrinə hava nəqliyyatında gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat, nizamnamə kapitalının artırılması üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 28 milyon manat maliyyə yardımı ayrılıb.
Bakı şəhərində sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz və rahat şəkildə istifadə etmələri və avtobus parkının yenilənməsi məqsədilə yeni sərnişin avtobuslarının alınması üçün 110 milyon manat vəsait ayrılıb.
Hesabat ilində Bakı Metropolitenində tikinti və yenidənqurma işlərinin davam etdirilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 140,2 milyon manat vəsait ayrılıb. Bu vəsait III yeni (Bönəvşəyi) xəttin “B-3” - “B-4” - “B-5” stansiyaların, II (Yaşıl) xəttin “Xətai”-“Y-20” (Yeni Günəşli) sahəsində tikinti-quraşdırma işlərinin aparılmasına, III yeni (Bənövşəyi) xəttin “Xocahəsən” elektrik deposu - “Avtovağzal” stansiyaları arasında tunellərin, elektrik depolarının tikintisi və Bakı Metropoliteninin hərəkət tərkibinin yenilənməsinə xərclənib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər