Əsas səhifəGündəmBəzi məhdudiyyətlər ləğv edilə bilər - TƏBİB - VİDEO
PAYLAŞ

Bəzi məhdudiyyətlər ləğv edilə bilər - TƏBİB - VİDEO

Gündəm 24 May 2021 22:40 1327


''Ölkəmizdə vaksinasiya prosesinin uğurla aparılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə koronavirus infeksiyasının yayılmasında kritik vəziyyət yaşanmadı. Əgər proses belə davam edərsə, yay aylarında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər''.


Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in işçi qrupun rəhbəri Vasif Əliyev bildirib.
Onun sözlərinə görə, gündən-günə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır. Bu göstəricilərə həm vaksinasiyanın uğurla davam etdirilməsi, həm də vətəndaşların verilən tövsiyələrə əməl etmələri nəticəsində nail olunub.

Vasif Əliyev deyib ki, insanlar bundan sonra peyvənd olunmaqda daha maraqlı olmalıdırlar. Çünki pandemiyanın qarşısını ala biləcək ən təsirli üsul vaksinasiyadır. Peyvəndləmə ilə virusun yayılma zənciri qırılır və yoluxuculuq azalır.

TƏBİB rəsmisi əlavə edib ki, vətəndaşlar nəzərdə tutulan qaydalara əməl edərlərsə, virusa daha tez qalib gəlmək mümkün olar.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020