"Avtoyol.az" "Olke.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy "RİA Novosti"yə bildirib. O xatırladıb ki, Rusiyadan gələn turistlər əsasən Antalya, Bodrum, Dalaman və İzmirə səyahət edir.
"Bu bölgələrdə "COVID-19" infeksiyasına yoluxma hallarının gündəlik artımına baxsanız, Türkiyə ortalamasından 50% az olduğunu görə bilərsiniz. Üstəlik, orada otellər əsasən hər şey daxil sistemi ilə işləyir", - deyə nazir qeyd edib.
Nazirin sözlərinə görə, gələcəkdə hava trafiki genişləndirilə bilər. Belə ki, Rusiya tərəfinin tələbləri təmin olunur. Ərsoy qeyd edib ki, bu sistem Almaniya ilə uğurlu şəkildə həyata keçirilib.
"Əlbəttə ki, hər şey Rusiya hakimiyyət orqanlarının qərarından asılıdır. Bu, onların səhiyyə sahəsindəki siyasətindən və trafiklə bağlı verdikləri qərarlardan asılıdır, biz də onları izləyəcəyik", - deyə nazir əlavə edib.
Rəylər