Əsas səhifəXariciTürkiyə Rusiyaya kurort bölgələrinə uçuşlarını bərpa etməyi təklif etdi
PAYLAŞ

Türkiyə Rusiyaya kurort bölgələrinə uçuşlarını bərpa etməyi təklif etdi

Xarici 24 May 2021 22:50 1294


Türkiyə kurort bölgələrə uçuşları nəzərdə tutan təhlükəsiz turizm modelini Rusiyaya təklif edib.

"Avtoyol.az" "Olke.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy "RİA Novosti"yə bildirib. O xatırladıb ki, Rusiyadan gələn turistlər əsasən Antalya, Bodrum, Dalaman və İzmirə səyahət edir.

"Bu bölgələrdə "COVID-19" infeksiyasına yoluxma hallarının gündəlik artımına baxsanız, Türkiyə ortalamasından 50% az olduğunu görə bilərsiniz. Üstəlik, orada otellər əsasən hər şey daxil sistemi ilə işləyir", - deyə nazir qeyd edib. 

 Nazirin sözlərinə görə, gələcəkdə hava trafiki genişləndirilə bilər. Belə ki, Rusiya tərəfinin tələbləri təmin olunur. Ərsoy qeyd edib ki, bu sistem Almaniya ilə uğurlu şəkildə həyata keçirilib.

"Əlbəttə ki, hər şey Rusiya hakimiyyət orqanlarının qərarından asılıdır. Bu, onların səhiyyə sahəsindəki siyasətindən və trafiklə bağlı verdikləri qərarlardan asılıdır, biz də onları izləyəcəyik", - deyə nazir əlavə edib.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020