Əsas səhifəQəzaLənkəranda avtomobil 58 yaşlı qadını vurdu
PAYLAŞ

Lənkəranda avtomobil 58 yaşlı qadını vurdu

Qəza 25 May 2021 01:17 998


Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə mikrorayon ərazisində baş verib. Belə ki, “VAZ-2109” markalı avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Lənkəran şəhər akademik Zərifə Əliyeva küçəsi, ev 38 ünvanında yaşayan Zivər Xalıq qızı Ağayevanı vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı Z.Ağayevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və o, reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020