Yeni Prius modelinin sələfinin platformasını və hibrid qurğusunu qoruyub saxlayacağı gözlənilir. Bununla belə, yaponlar daha qənaətcil daxili yanma mühərrikindən istifadə etməyi və batareyanın tutumunu artırmağı düşünürlər. Bu iddialar BestCarWeb saytı tərəfindən irəli sürülüb, lakin səsləndirilən məlumatlar rəsmi təsdiqini tapmayıb.
Toyota Prius modelinin cari nəsli tərkibinə 98 at qüvvəli 1,8-litrlik benzin və 72 at qüvvəli elektrik mühərrikləri daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Standart olaraq, model ön ötürməlidir, lakin 2018-ci ildəki yenilənmə zamanı hibrid model tam ötürməli AWD-e versiyasına (əvvəllər belə versiya yalnız Yaponiya bazarında satılırdı) sahib olub.
Tamötürməli versiyada arxa oxda 7,2 at qüvvəli elektrik mühərriki yerləşdirilir ki, əlavə mühərrik hərəkətə başlamanın ilk saniyələrində və sürətlənmə zamanı əsas qurğuya kömək edir. 10 km/saat həddini aşan sürətlərdə arxa mühərrik sönür və Prius yenidən ön ötürməli avtomobilə çevrilir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər